SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında tanınmış MDB məkanında tanınan "Qanuni oğru”lardan biri ölüb.

BAKU.WS-in məlumatına görə, erməni əsilli Karlen Tovmasyan 87 yaşında ölüb. Onu kriminal aləmdə "Karlen Durak” ləqəbilə tanıyırlar. Karlen gənc yaşlarında "Qanuni oğru” titulunu alıb.

Baxmayaraq ki, adı tez-tez cinayətlərdə hallanırdı, lakin "Karlen Durak” ləqəbini öz hərəkətləri ilə qazanıb. Məlumatlara görə, hələ sovet dönəmində qəribə hərəkətləri ilə diqqət çəkən "Durak" öz ləqəbini doğruldub. Daha sonra isə o, "sxodka”lara iki əxlaqsız qadının müşayəti ilə gəlirmiş.

Ürək çatışmazlığından xəstəxanaya yerləşdirilən "Qanuni oğru” bu gecə ölüb.

Ziya Səccad
BAKU.WS