VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində "Zagulba Mall" ticarət mərkəzinin zirzəmisində yanğın baş verib.

BAKU.WS FHN-ə istinadla xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Binada olan insanlar təxliyə edilib. Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilib. 

Nəticədə Buzovna qəsəbəsində üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İlkin məlumata əsasən, ticarət mərkəzinin zirzəmi qatında 100 m² sahədə parça materialları yanıb.
BAKU.WS
VİDEO

VİDEO