Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları və içərisində soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqdakı mağazanın giriş qapısı və vitrin pəncərəsi sınıb.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS