SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsində yerləşən hündür mərtəbəli yaşayış evində yanğın baş verib.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində Muxtar Mollayevə məxsus mənzildə olub. 

Hadisə yerinə 5 yanğın söndürən maşın və 1 təcili tibbi yardım xidməti maşını cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülüb. 

Ev sahibi bildirib ki, yanğın baş verən zaman evdə heç kim olmayıb. Ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret kötüyü olub.

Eyvanda yanan konstruksiyaların olduğuna görə, alov tez vaxtda mənzilin içərisinə də keçib. Nəticədə 3 otaqlı mənzilin 2 otağı tam yanıb.    

Faktla bağlı araşdırma aparılır. 
BAKU.WS