Kişi arvadının 20 yaşlı qohumu ilə 2 il gizli sevgi yaşadı - TƏFƏRRÜAT

14
apr
2019
12:03
Bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının qohumunu zorlamaqda təqsirləndirilən və məhkəmədən bəraət alaraq azadığa çıxan 39 yaşlı Məftun Bayramovun işinə Ali Məhkəmədə baxılacaq.BAKU.WS News24.az-a istinadla xəbər verir ki, M.Bayramovun onu 2 il müddətində zorladığını bildirən Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülər Dəmirova (ad şərtidir) bəraət hökmünün ləğv edilməsi və Məftunun həbs edilməsi üçün Ali Məhkəməyə üz tutub. İşə yaxın günlərdə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə yenidən baxılacaq.Məlumata görə, 2016-cı ildən etibarən Məftun Bayramov arvadının qohumu olan Gülərlə gizli sevgi münasibəti yaşayıb. Onlar tez-tez Bakıda və Sumqayıtda görüşərək cinsi əlaqədə olublar. Bir müddət sonra M.Bayramovun ailəsi məsələdən xəbər tutub və qalmaqal baş verib. Məftun Bayramov gənc sevgilisini atmağa məcbur olub. Bundan sonra qız həmin şəxsin onu dəfələrlə zorladığını və rüsvay edəcəyi ilə hədələyərək 1890 manat dəyərində qızıl-zinyət əşyalarını aldığını bildirib.M.Bayramov barəsində Cinayət Məcəlləsinin 149.2.5-ci, yəni təkrar-təkrar zorlama maddəsi ilə iş açılıb.Məftun Bayramovun yaxınları bildirib ki, həmin qız Məftunu ailəsindən boşatmaq və özü ilə ailə qurmağa məcbur etməyə çalışıb. Hətta onlar gizlicə xarici pasport hazırlayaq ölkədən qaçmağa hazırlaşıb.BAKU.WS
Oxşar xəbərlər
Taksi sürücüsünü 19 manata görə öldürənlərə ağır cəza
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda 19 manata görə taksi sürücüsünü öldürməkdə təqsirləndirilən Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramo...
