Qohumunu zorlayan və videosunu yaymaq istəyən şəxslə bağlı YENİ XƏBƏR
Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu–Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Bakı şəhər Prokurorluğundan məlumat verilib.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaqla həmçinin, M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən1890 manat dəyərində qızıl-zinyət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib.
M.Bayramoviş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə,təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə,təkrar törədildikdə)maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda BİABIRÇILIQ: Azyaşlıya qarşı seksual hərəkətlər edən şəxs həbs edildi
Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib. BAKU.WS xəbər verir ki, Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Bakı şəh...