SİZİN REKLAM BURADA!
055 213 76 73



Aprelin 6-da saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən şəhər sakini Etibar Cavadovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanıb.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Ə.Yaqubov saxlanılıb.

BAKU.WS