VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün müğənni Türkan Vəlizadənin baş tutan doğum günündə anidən xoşagəlməz hadisə yaşanıb.

Belə ki, dəvətlilər siyahısında olan müğənni Səbinə Selcan restoranın pilləkənlərindən başüstə yıxılaraq xəsarət alıb.

Müğənninin yıxılma anı anbaan ARB TV-nin “Show News” kamerasına düşüb.

Müğənniyə sənət dostları ilkin tibbi yardım göstərib. Aldığı xəsarətdən sonra Səbinə Selcan ilk reyslə Türkiyəyə yola düşüb. Müğənni ilə bərabər ARB TV –nin “Show News” komandası da Türkiyədəki xəstəxanaya üz tutub.

Müğənni xəstəxanada müayinə olunduqdan sonra səhhəti haqqında özü məlumat verib:

“Hələ də o anın qorxusu məni gecələr yatmağa qoymur. Baxmayaraq ki, bu hadisədən neçə gün ötüb, amma mən hələ də ağır ağrıkəsicilər içirəm. İstanbulda bir gecə xəstəxanada qaldım. Başımdan travma aldım, qolum çıxdı, ayağım əzilib, üzüm zədələnib, qulağım, gözüm tutuldu. Şah damarım qırıla bilərmiş. Həkimlər deyir diqqət etməliyəm, çünki travma almışam. Barmaqlarım qırılmışdı. İnşallah yaxşı olar”.

BAKU.WS