Elgiz Əkbər ağır qəzaya düşən Türkan Vəlizadə ilə birgə videosunu yaydı - VİDEO

Elgiz Əkbər ağır qəzaya düşən Türkan Vəlizadə ilə birgə videosunu yaydı - VİDEO
Video
Şou-biznes 5275
Bir ay əvvəl ağır avtomobil qəzası keçirən müğənni Türkan Vəlizadənin vəziyyəti yaxşılaşır.BAKU.WS xəbər verir ki, qəzada çoxsaylı xəsarətlər alan müğənni ailəsilə birlikdə məclislərin birində görünüb. Tanınmış aparıcı Elgiz Əkbərin paylaşdığı görüntülərdə Türkanın ailəsi də var. Masanın kənarında qoyulmuş əlillərin yeriməsinə yardım edən konstruksiya ifaçının sərbəst yerimədiyini göstərir. Xatırladaq ki, Türkan Vəlizadə və Zeynəb Həsəni iyun ayının 1-dən 2-nə keçən gecə qəzaya düşüblər. Hər kəs qəza zamanı sükan arxasında Türkanın olduğunu düşünsə də, sükan arxasında Zeynəb olub. Həmin gün Türkan öz avtomobilinini götürməyib. Onlar həmin gecə Mirmövsüm Ağanın ziyarətinə gedirdilərmiş. Yağışlı havada yol sürüşkən olduğundan qəza şəraiti yaranıb. Qəza Hövsan yolunda baş verib. Sükan arxasında olan Zeynəb kəməri bağladığı üçün nisbətən az xəsarət alıb. Çoxsaylı ağır xəsarətlər alan Türkanın kəməri bağlamadığı ehtimal edilir. Çünkü onlar aşkar edilərkən Zeynəb sükan arxasında, Türkan isə avtomobildən kənarda uzanmış halda tapılıb. Qəzada Türkan Vəlizadənin çanağı 2 yerdən, ayağı bud hissədən və çiyni, Zeynəb Həsənlinin isə çanağı sınıb. Sənətçilərin hər ikisi aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Türkan Vəlizadə dünən cərrahiyyə əməliyyatı keçirib. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər