Azərbaycanlı müğənni ABŞ-da akademiyaya qəbul oldu

07
yan
2019
14:50
Müğənni Səbinə Əskərova "The American Academy of Dramatic Arts”ın ilk azərbaycanlı tələbəsi olub. BAKU.WS xəbər verir ki, bu barədə ifaçının özü "Instagram" hesabında məlumat verib. S. Əskərova təhsili ilə bağlı Los-Ancelesə köçəcəyini qeyd edib: “Həyatımın bir neçə ilini bu akademiyada keçirəcəm. Neçə aydır başım imtahanlara qarışmışdı. Nəhayət ki, əla nəticə aldım və qəbul oldum. Hobbi kimi başqa, amma bu işi dərindən öyrənmək istəyirəm. Çoxdan düşündüyüm, amma hər zaman ertələdiyim arzumu həyata keçirdim”. Qeyd edək ki, Səbinə Əskərova tamaşaçılara "Yağ yağışım", "Səndən sonra", "Sezon finalı" və s. mahnıları ilə tanışdır. BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanlı müğənni: “8 aydır narkotikdən uzaqlaşmışam”
Müğənni Mirkamil Kamilov son günlər paylaşımları, açıqlamaları ilə gündəmdən düşmür.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, ötən gün “Instagram”da canlı ya...
