VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb.

Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.

Ziya SƏCCAD
BAKU.WS

***12:12***

Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğın yenidən güclənib.

BAKU.WS
xəbər verir ki, yanğın zamanı güclü partlayış baş verib. Daha sonra alov yenidən şiddətlənib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri də qoşulub.

Yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Ziya SƏCCAD
BAKU.WS

***10:25***

Bakı şəhərinin Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib. Verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

Lakin hələ də yanğın güclənib və onu söndürmək mümkün deyil. “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmilər gəlib.

Ziya SƏCCAD
BAKU.WS

*** 09:27 ***

Hazırda "Diqlas" ticarət mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində işlər görülür.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib. Məlumata görə, yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Yanğının yeni görüntülərini təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS



***08:57***

Bakının tanınmış ticarət mərkəzlərindən birində güclü yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, səhər saatlarında Nizamı rayonunda yerləşən "8-ci km bazarı"nda, "Diqlas" ticarət mərkəzinin damında başlayıb.

Hadisə yerinə 8 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğının söndürülməsinə başlanılıb.

Ziya SƏCCAD
BAKU.WS