6 dəfə oğurluq edən şəxslər narkotiklə tutuldu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz sakinlərindən narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in bölgə müxbirinə verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılaraq RPŞ-nə gətirilib.
Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 0.283 qram çəkidə narkotik vasitə olan “metamfetamin” aşkar olunaraq götürülüb.
E.Ələkbərov ifadəsində narkotik vasitəni tanışı Musa adlı şəxsdən aldığını bildirib. Aparılan araşdırmalarla həmin şəxsin Musa Nağıyev olması müəyyən edilərək saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin ötən ilin iyul ayından bu günə qədər Tovuz və Şəmkir rayonlarında ümumilikdə 6 oğurluq hadisəsi törətmələri də məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda həbs edilən "Pablo Eskobar" danışdı: "Niyə mən də elə olmayım ki?" (VİDEO)
Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqı...