SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 

Hindistanın şimal-şərqində 6,7 bal gücündə zəlzələ baş verib.
 
BAKU.WS məlumat verir ki, baş vermiş zəlzələ nəticəsində 9 nəfər ölüb, 200 nəfər isə xəsarət alıb. Yeraltı təkanlar yanvarın 4-də səhər saatlarına qeydə alınıb. 
 
6,7 bal gücündə olan zəlzələnin episentri Myanma ilə həmsərhəd olan Tamenqlonq rayonunda olub.
 
Məlumata görə sakinlərin evlərində böyük çatlar əmələ gəlib, yeni inşa edilmiş 6 mərtəbəli bina tamamilə çöküb. Sakinlərin gecəni küçədə keçirdiyi bildirilir. 
 
BAKU.WS