VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Xəzər dənizində 8 balıqçı itkin düşüb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Dağıstanın Kizlyar rayonunun Kraynovka yaşayış məntəqəsindən 5-6 km məsafədə Xəzər dənizində baş verib. İki qayıqda 8 balıqçı dənizdə itkin düşüb.
 
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilir ki, hazırda balıqçıların axtarışı üçün hadisə yerinə 2 helikopter, 8 texnika və 2 üzmə vasitəsi göndərilib. Ümumilikdə 31 nəfər xilas edici axtarışlara cəlb edilib. 

İlkin məlumata görə, FHN-ə hadisə ilə bağlı informasiya bu gün yerli vaxtla 04:20-də daxil olub. 

BAKU.WS