SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri, Sabunçu rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı evlərdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Zabrat qəsəbəsi ərazisində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Əraziyə baxış zamanı məlum olub ki, bir-birinə bitişik tikilmiş, arakəsmə divarları taxta konstruksiyalardan olan 4 tikilidə (məcburi köçkünlərin məskunlaşdığı) yanğın baş verib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Ziya SƏCCAD
BAKU.WS