VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın anası ölüb.
 
BAKU.WS-in məlumatına görə, Emma Arsen Ohanyan 89 yaşında dünyasını dəyişib. Bu haqda sabiq Ermənistan prezidentinin ofisindən bildiriblər.

Emma Ohanyan 18 avqustda Azərbaycanın işğal olunmuş torpağı Xankəndinə gətiriləcək. Dəfn 19 avqustda Xankəndinin şəhər qəbiristanlığında olacaq. 
 
Qeyd edək ki, Xankəndi 1991-ci il dekabrın 25-dən 26-na keçən gecə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 
 
İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km aralıda yerləşir.
 
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi var. Xankəndi hazırda erməni silahlı qüvvələrinin nəzarəti altındadır.

ŞAHİN Həbibov 
BAKU.WS