İstanbulun sabiq baş prokuroru Zekeriya Öz Ermənistana qaçıb. 
 
BAKU.WS-in məlumatına görə, adı Türkiyədə böyük rüşvət qalmaqalı ilə hallanan Zekeriya Özün Gürcüstan vasitəsilə Ermənistana keçdiyi müəyyən edilib. Onunla yanaşı daha bir prokurorun da Ermənistan sərhədlərini keçdiyi məlum olub. Celal Kara da Zekeriyye Öz kimi eyni üsulla ölkəni tərk edib. 
 
Türkiyənin Artvin şəhərinin valisi Kamal Cirit məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən haqqında "təşkilat qurmaq" iddiası ilə istintaq aparılan sabiq prokurorlar Zəkəriyyə Öz ilə Cəlal Kara Gürcüstana, oradan isə Ermənistana keçiblər. 
 
Xatırladaq ki, Zekeriye Öz bu ilin may ayınının 12-də işində yol verdiyi nöqsanlara görə İstanbul baş prokuroru vəzifəsindən azad olunub. 
 
ŞAHİN Həbibov
BAKU.WS