SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

 

"Son günlər Azərbaycan tərəfi bir neçə diversiya hücumu həyata keçirib. Nəticədə bir Ermənistan hərbi qulluqçu həlak olub". 

 

BAKU.WS-in məlumatına görə, bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan Ermənistan hökumətinin iclasında deyib. Onun sözlərinə görə, qarşı tərəfə adekvat cavab verilib. S.Ohanyan iddia edir ki, atəşkəsi Ermənistan yox, Azərbaycan tərəfi pozur və təxribata yol verir.  

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə BAKU.WS-in sorğusuna cavab olaraq bildirirlər ki, ermənilər həmişə olduğu kimi dezinformasiya yayırlar:


"Bizim bəzi KİV-lər mahiyyətinə varmadan həmin məlumatlardan olduğu kimi istifadə edirlər. Ermənistan tərəfi vəziyyəti gərginləşdirmək istədikdə tərəfimizdən cavabları verilir və onlar layiq olduqları cəzanı alırlar”, -deyə nazirlikdən bildirilir.

 

ŞAHİN Həbibov 

BAKU.WS