SİZİN REKLAM BURADA!
055 213 76 73



Qanunsuz ov edən saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, əməliyyat fevralın 8-də Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib. Keçirilən əməliyyat nəticəsində qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd “Bəzgək” quşu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS