SİZİN REKLAM BURADA!
055 213 76 73



İmişli rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Hadisə rayonun girişində baş verib.

"Qazel"markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlüAllahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi"VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlüƏhmədov Ramiz Əhməd oğluvə 1967-ci il təvəllüdlüMəmmədova Kəmalə Qaraş qızıxəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS