SİZİN REKLAM BURADA!
055 213 76 73



İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Tağlabiyan kəndində qeydə alınıb. Kənd sakini 1967-ci il təvəllüdlü Nizami Canıyev idarə etdiyi “NİVA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı Nizami Canıyev, həyat yoldaşı 1969-cu il təvəllüdlü Elmira Canıyeva, sərnişini 2009-cu il təvəllüdlü Gülay Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS