VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Zaqatalada baş verən ağır yol qəzasında 2 nəfər ölüb, daha bir nəfər ağır yaralanıb.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə dünən, axşam saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda olub.

Rayonun Aşağı Çardaqlar kənd sakini, 1989-cu il təvəllüdlü Emil Şamil oğlu Kahayev idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəbindən maşın yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü E.Kahayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, E.Kahayevin həmkəndlisi, 1997-ci il təvəllüdlü Amid Əhməd oğlu Şabanov isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. 21 yaşlı Amid Şabanov gecə saat 1 radələrində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS