
Bu gün İmişli rayonunun Bəhramtəpə qəsəbəsində su anbarı yaxınlığında qəza olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” və “VAZ” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Məhərrəmov Elxan Qafar oğlu həyatını itirib.
İmişlidə məskunlaşan Cəbrayıl rayon sakini, 1957-ci il təvəllüdlü Hüseynov Qorxmaz İbrahim oğlu, İmişli rayon Sarxanlı kənd sakini, 1977-ci il təvəllüdlü Cabbarov Qabil Aydın oğlu isə yaralanıb. Yaralılar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
BAKU.WS


