Bakıda yarışan avtomobillərin törətdiyi zəncirvari qəzanın görüntüləri - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı bir neçə qəzanın görüntülərini yayıb.
BAKU.WS mərkəzə istinadən xəbər verir ki, bu yol-nəqliyyat hadisələri gecə saatlarında baş verib.
Belə ki, paytaxtın Rəşid Behbudov küçəsindəki qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib.
Digər, 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınan qəza zamanı isə 1 ədəd svetofor dirəyi yarasız hala düşüb.
Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
