İmişlidə 13 yaşlı piyadanı avtomobil vurub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2004-cü il təvəllüdlü Əsədov Əsəd Ağaş oğlu yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. 13 yaşlı uşaq müxtəlif bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS