"Azərbaycanın səsi” yarışmasının qalibi, gənc ifaçı Elvin Ordubadlı intihar edib. 

BAKU.WS axşam.az-a istinadən məlumat verir ki, bu haqda sənətçinin dostları sosial şəbəkədə yazıb.  Əməkdar artist Elza Seyidcahan axşam.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, E.Ordubadlı Elza Seyidcahanın tələbəsi olub. O, 2014-cü ildə ölkəmizi Tatarıstanda keçirilən "Türkvizyon”da təmsil etmişdi. Elvin "Devlerin yalnızlığı” mahnısı ilə yeddinci olmuşdu.