SİZİN REKLAM BURADA!
055 213 76 73



Teleaparıcı Könül Muxtarovanın avtomobili qarət edilib.

BAKU.WS
xəbər verir ki, oğrular maşının şüşəsini sındırıb, içindən aparıcının 300 ABŞ dollarını oğurlayıblar.

Muxtarova hadisə ilə bağlı bunları deyib: "Bir neçə saat öncə başıma gələn məlum hadisə heç də xoş deyildi. İlk dəfə yaşadığıma görə şokda idim. Amma bir daha anladım ki,hər an başımıza gələ biləcək işlərə hazır olmalıyıq. Mənə və malıma dəyən ziyan balamın, ailəmin sədəqəsi olsun. Bu saatda yanımda olan əsl dostlarım, var olasınız".


Könül Muxtarovanın qarət olunmuş avtomobili

Eyni hadisə model və akrtisa Sara Ağayevanın başına gəlib. Onun da avtomobili eyni üsulla qarət edilib. Sara maşınından oğurlananlarla bağlı açıqlama vermək istəməyib: "Gedən getdi. Qadam-bəlam hər zaman dünya mayı ilə getsin".Gələn qada-bəla mala gəlsin.


Model və akrtisa Sara Ağayevanın qarət olunmuş avtomobili

Zülfiyyə Qurbanova
BAKU.WS

                       Könül Muxtarova

                       Sara Ağayeva