56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə 80

Tərtərdə kişini elektrik cərəyanı vuraraq öldürüb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə Qazyan kəndində baş verib.

Kənd sakini 56 yaşlı Axundov İsmayıl Oruc oğlu özünün pay torpağında iribuynuzlu heyvanlarını "elektron çoban" aparatı ilə hasara almaq istəyib. Bu zaman naqil ərazidən keçən yüksək gərginlikli naqillə təmas edib.

Nəticədə İ. Axundovu elektrik cərəyanı vurub. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər