VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Son iki gündə Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindən keçən avtomobillərin Rusiya ərazisinə daxil ola bilməməsi nəticəsində Samur çayı üzərində yerləşən körpünün Rusiya hissəsində avtomobil yığılıb və tıxac yaranıb.
 
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan-Rusiya sərhədində tıxacın yaranması sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində baş verən texniki problemlə əlaqədar olub.
 
Komitədən bildirilir ki, hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi tam təmin edilib. 

ŞAHİN Həbibov
BAKU.WS