55 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində yol qəzası baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit tibbi ekspertizaya aparılıb. Araşdırma zamanı onun 1966-cı il təvəllüdlü Famil Zahid oğlu Ələkbərov olduğu məlum olub.
Qeyd edək ki, qəza nəticəsində daha bir nəfər də xəsarət alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadını kənddə qonşu kişi ilə tutdu və ... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publik...