Saatlıda ağır qəza - ana və 1 yaşlı oğlu öldü

11
noy
2018
11:48
Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb."Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.Bunlar 1991-ci təvəllüdlü Qəmbərova Kəmalə Mahir qızı və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur.Hadisə 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi “Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.BAKU.WS
Oxşar xəbərlər
Cəlilabadda yol qəzası baş verib, 11 nəfər xəsarət alıb
Cəlilabad rayonunda 11 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib."Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şivələngə ilə Abaşaba...