SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

"Report"un xəbərinə görə, hadisə Zaqatala rayonunda baş verib.

Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı etmək istəyərkən "VAZ-2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS