SİZİN REKLAM BURADA!
055 213 76 73



Səudiyyə Ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Haşoqqinin meyiti tapılıb.


BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə siyasətçisi, Vətən Partiyasının sədri Doğu Perinçek “RİA Novosti” agentliyinin əməkdaşına məlumat verib. Onun sözlərinə görə, jurnalistin meyitini Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun ərazisindəki quyuda tapıblar.


“Mənə xəbər verdilər ki, təhlükəsizlik xidmətinin əməkdaşları Camal Haşoqqinin meyitini tapıblar. Meyiti Ərəbistanının İstanbuldakı baş konsulluğunun yaxınlığındakı bağın quyusundan aşkarlayıblar”, - deyə Doğu Perinçek bildirib.


Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar.


Ziya SƏCCAD
BAKU.WS