52 yaşlı kişi kürəyindən bıçaqlandı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, İsmayıllı rayon sakini, 1971-ci il təvəllüdlü Cəmşid Rəşid oğlu Abdurzaqov kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə gələn polis əməkdaşları müəyyən ediblər ki, Cəmşid Abdurzaqov əmisi qızının qeyri-rəsmi yaşadığı, Yevlax rayon sakini Yunis adlı şəxs tərəfindən qısqanclıq zəminində aralarında baş verən münaqişə zamanı bıçaqlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, hadisəni törədən şəxs qaçıb, onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...
