SİZİN REKLAM BURADA!
055 213 76 73



Səudiyyə Ərəbistanlı müxalifətçi jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Haşoqqinin öldürülməsilə bağlı araşdırmalarda yeni detallar aşkarlanıb.



BAKU.WS “Hürriyet”ə istinadən xəbər verir ki, türk polisi hadisə ilə bağlı ikinci axtarışlarını həyata keçirib. Türk polisinin 9,5 saatlıq axtarışları bu gün səhər saat 05:00-da yekunlaşıb.



Əməliyyat başa çatandan sonra hadisə yerindən çıxan kriminalistlərin üzərindəki qırmızı ləkələr diqqəti cəlb edib. İlk baxışda qan ləkəsi kimi görünən izlərin kimyəvi maddələrdən əmələ gəldiyi aydınlaşıb.


Bildirilir ki, axtarışlar zamanı Camal Haşoqqinin öldürülməsini subut edə biləcək müəyyən dəlillər də əldə olunub. Lakin hələlik həmin sübutlar barədə heç bir açıqlama verilmir.



Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.


Qeyd edək ki, “Haber7” saytı yazıb ki, Haşoqqini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.


Bildirilib ki, 31 yaşlı pilot jurnalsitin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21.46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.


Hadisə ilə bağlı araşdırmalara başalınılıb.


Ziya SƏCCAD
BAKU.WS