12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bakı şəhərinin Səbail rayonunda, Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.

BAKU.WS
xəbər verir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.




Badamdarda sürüşmə davam edir (10:20)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər.

BAKU.WS
xəbər verir ki, bu barədə report-a ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.

BAKU.WS