SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 10-da Bakıda avtobus qəzası keçirmiş avstriyalı sinxron üzgüçü Vanessa Sehinoviçin səhhəti haqqında ən son məlumat yayılıb. 


BAKU.WS-in Azərtac-a istinadən verdiyi məlumata görə, Azərbaycanın Avstriyadakı səfirliyi avstriyalı atletin vəziyyətinin sabit olduğunu və onun sağlamlığı üçün bütün lazımi tədbirlər həyata keçirildiyini bildirib. İntensiv terapiya şöbəsindən normal stasionar şöbəyə köçürülən V.Sehinoviçin müalicəsi artıq bu şöbədə davam etdirilir. Hazırda gənc atletin xəstəxananı tərk etdikdən sonra müvafiq reabilitasiya kursu keçməsi üçün uyğun bərpa-reabilitasiya mərkəzləri arasında seçim edilir. 


Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həm Vanessaya, həm də onun ailəsinə müvafiq diqqət və qayğı göstərir.


BAKU.WS