SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni hərbi birləşmələrinin daha bir hərbi qulluqçusu məhv edilib. 
 
BAKU.WS-in məlumatına görə, 20 yaşlı Karen Qriqoryan hərbçilərimiz tərəfindən açılan atəş nəticəsində ölüb. Bundan başqa dekabrın 11-də Qarabağda 21 yaşlı muzdlu hərbçi Vardan Vardanyan, dekabrın 8-də 24 yaşlı əsgər Qarik Avanesyan, dekabrın 4-də isə 20 yaşlı erməni əsgər Erik Qriqoryan öldürülüb. Daha 3 separatçı əsgər isə ağır yaralanıb. Azərbaycan tərəfi isə ermənilərin itkilərinin dəfələrlə çox olduğunu deyir. 

Azərbaycan Müdafiə Nazirliyibu gün yaydığı məlumatda isə  bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 88 dəfə pozub. 

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.
 
Azad Əliyev
BAKU.WS