SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın kəndlərini və mülki əhalisini hədəf alan erməni separatçıları yenidən cəzalandırılıb. 
 
BAKU.WS-in məlumatına görə, erməni ordusunda muzdlu əsasda xidmət edən 21 yaşlı peşəkar hərbçi Vardan Vardanyan məhv edilib. Hərbçinin cəbhənin şərq hissəsində bu səhər 08.50-də öldürüldüyü deyilib. 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi ötən gün yaydığı məlumatda erməni tərəfini xəbərdar etmişdi. Məlumatda deyilirdi: 
"Həqiqətən də son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür".

BAKU.WS xəbər verir ki, bunu sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər. Məlumatda qeyd edilir ki, cəbhədəki son gərginlik, erməni tərəfinin bəzi nümayəndələrinin ölkəmizə qarşı təhqiramiz ifadələrlə çıxış etməsi və qoşunların təmas xəttində tankdan atəş açılmasının terrorizmə bərabər tutulması fikirlərini şərh edərkən Azərbaycanın Müdafiə Nazirliyindən aşağıdakıları bildiriblər.

"Terror yolu ilə hakimiyyəti ələ keçirən və terroru dövlət səviyyəsinə qaldıran şəxslərin ölkəmizə qarşı küçə leksikonunda danışaraq etikadan kənar ifadələr işlətməsi bizim üçün təəccüblü deyil. Çünki məhz bu onların fırıldaqçı mahiyyətini və şəxsi tərbiyəsizliklərinin səviyyəsini bir daha nümayiş etdirir".

Nazirlik tankların istifadəsi məsələsinə gəlincə isə bildirib ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
 
Azad Əliyev 
BAKU.WS