Azərbaycan Ordusu cəbhədə tankları döyüşə cəlb etdi (RƏSMİ)
"Həqiqətən də son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri nəticəsində erməni tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür".
BAKU.WS xəbər verir ki, bunu sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər. Məlumatda qeyd edilir ki, cəbhədəki son gərginlik, erməni tərəfinin bəzi nümayəndələrinin ölkəmizə qarşı təhqiramiz ifadələrlə çıxış etməsi və qoşunların təmas xəttində tankdan atəş açılmasının terrorizmə bərabər tutulması fikirlərini şərh edərkən Azərbaycanın Müdafiə Nazirliyindən aşağıdakıları bildiriblər.
"Terror yolu ilə hakimiyyəti ələ keçirən və terroru dövlət səviyyəsinə qaldıran şəxslərin ölkəmizə qarşı küçə leksikonunda danışaraq etikadan kənar ifadələr işlətməsi bizim üçün təəccüblü deyil. Çünki məhz bu onların fırıldaqçı mahiyyətini və şəxsi tərbiyəsizliklərinin səviyyəsini bir daha nümayiş etdirir".
Nazirlik tankların istifadəsi məsələsinə gəlincə isə bildirib ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq düşmən atəş açdığı halda, ona qarşı daha üstün silahlarla cavab verəcəyi, onların atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib.
BAKU.WS
Oxşar xəbərlər
Seyran Ohanyan itkilərini etiraf etdi
Ermənistan ordusu son 3 gün ərzində təmas xəttində gedən atışmalar zamanı itkilər verib. BAKU.WS-in məlumatına görə, Ermənistan müdafiə naziri Seyran Ohanyan...