Ötən gün Salyan rayonunda qətl hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Seyidsadıqlı kənd sakini, 29 yaşlı Elgün Alik oğlu Səmədzadə həmkəndlisi, 28 yaşlı Rüfət Rüstəm oğlu Bağırovu öz yaşadığı həyətin arxasına çağıraraq, ov tüfəngindən atəş açaraq ağır yaralayıb.

Rüfət Bağırov Salyan Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Hazırda hadisə yerində hüquq-müfaizə orqanlarının əməkdaşları işləyir.

Hələlik hadisənin nə səbəbdən baş verdiyi məlum deyil.

BAKU.WS