Rusiyanın paytaxtı Moskva rayonunda kütləvi dava baş verib.

BAKU.WS
xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Verilən məlumata görə, ötən gün axşam saat 21 radələrində Moskva şəhərinin Biryulevo rayonunda yol münaqişəsi nəticəsində kütləvi dava düşüb.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, axşam saatlarında baş verən davaya çoxsaylı insanlar qoşulub.

Hadisə "VAZ” və "Mercedes” markalı iki avtomobillərin bir-birinin yoluna çıxması nəticəsində yaranıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılardan 3-nün vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib.

Rusiya polisinin keçirdiyi əməliyyat nəticəsində 18 nəfər saxlanılıb.

Davada ruslarla yanaşı ermənilər, gürcülər, çeçenlər və azərbaycanlılar da iştirak edib. Saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS