SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xəzər rayonunda çimərliklərin birində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsi ərazisində baş verib.

15 yaşlı Rəsulov Tamerlan topla oynayarkən top elektrik dirəyində ilişib. Yeniyətmə topu götürmək istəyən zaman onu elektrik cərəyanı vurub.

T.Rəsulov xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Tamerlan Rəsulovun yaxınları onun çox istedadlı musiqiçi olduğunu bildiriblər.

BAKU.WS