SİZİN REKLAM BURADA!
055 213 76 73



Astara rayonunda iki uşaq atasını elektrik cərəyanı vuraraq öldürüb. BAKU.WS “ARB TV”yə istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb.

Yaranan borcla əlaqədar Elektrik Şəbəkəsinin əməkdaşları Anar Mürşüdovun yaşadığı evin enerjisini kəsiblər. 40 yaşlı Anar Mürşüdov işdən gəldikdə evdə elektrikin olmadığını görüb və kəsilən elektrik naqilini özü birləşdirmək üçün elektrik dirəyinə çıxıb. Orada onu yüksək gərginlikli elektrik cərəyanı vurub.

Ağır xəsarət alan Anar Mürşüdov dərhal yaxınlarının köməkliyi ilə Astara rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS