SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ağsunun Kəndoba kəndində bədbəxt hadisə baş verib. 2006-cı il təvəllüdlü Əli Mehman oğlu Əliyev dünyasını dəyişib.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, o, məktəbdə aldığı başın əzilməsi, sol-gicgah sümüyünün sınığı və beyinə qan sızma xəsarətləri ilə Ağsu rayon mərkəzi xəstəxanasına göndərilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra təcili olaraq Bakı şəhərinə göndərilib. 5-ci sinif şagirdi olan Əli Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Kənd sakinlərinin sözlərinə görə Əli Əliyev məktəbdə sinif yoldaşları ilə futbol oynayarkən yıxılıb.

Ağsu rayon prokrorluğundan da bildirilir ki, Əli Əliyev təhsil aldığı məktəbin həyətində uşaqlarla oynayarkən ehtiyyatsızlıq edib və yıxılaraq başı daşa dəyib. Bədənin müxtəlif nahiyələrindən xəsarət alıb. 

Faktla bağlı Ağsu rayon prokrorluğu tərəfindən araşdırma aparılır.
 
BAKU.WS