SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Təhlükəsizlik qaydalarının pozulması nəticəsində əsgər vəfat edib.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
 
BAKU.WS