SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün saat 12:30 radələrində "Neftçilər" metrosu ətrafında bomba həyəcanı yaşanıb.

BAKU.WS-in Musavat.com-a istinadla verdiyi məlumata görə, naməlum şəxs rabitə qovşağından"102" xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.

Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər.

Nizami Rayon Polis İdarəsi 24-cü və 25-ci bölmələrinin əməkdaşları "Magnit" ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.

Hazırda proses davam etdirilir.
 
BAKU.WS