SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1969-cu il təvəllüdlü İsgəndər İsgəndərov Yeni Gəncə qəsəbəsindəki marketlərdən birinin önündən qarşı tərəfə keçərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS