Qəza şəraiti yaradan qadın sürücü ona yol verilmədiyi üçün görün nə etdi

Qəza şəraiti yaradan qadın sürücü ona yol verilmədiyi üçün görün nə etdi
Video
Hadisə 2008

Xırdalan-Novxanı yolunda qayda pozan sürücü görüntülənib.

BAKU.WS "Avtosfer.az"a istinadən xəbər verir ki, 10-LF-770 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozub.

Kadrdan da göründüyü kimi, sağ zolaqda hərəkət edən sürücü geriyə dönən zaman sola manevr edib. Bu vaxt o, həmin zolaqdakı maşına qəza şəraiti yaradıb. Təhlükəylə üzləşən sürücü siqnal verərək ona xəbərdarlıq edib. Şikayətçinin sözlərinə görə, qayda pozan qadın sürücü ona yol vermədiyi üçün siqnal verib.

Qeyd edək ki, belə halla qarşılaşmamaq üçün geriyə manevr edərkən öncədən düzgün zolaqda, yəni sol zolaqda yerləşmək lazımdır. Əks halda bu qayda pozuntusudur və qəzayla nəticələnə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

65 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər