İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra "qaynar xətt" yaradıblar

İsrail və Türkiyə Azərbaycandakı danışıqlardan sonra qaynar xətt yaradıblar
Siyasət 59

İsrail və Türkiyə hər iki ölkənin Suriyadakı hərbi aktivliyinə dair prinsipial razılığa gəliblər. Razılıq Bakıda bir neçə həftə əvvəl keçirilmiş danışıqlardan sonra əldə olunub.

BAKU.WS xəbər verir ki, bu barədə israilli mənbə "İsrael Hayom" nəşrinə məlumat verib.

Məlumata görə, tərəflər İsrail Müdafiə Ordusu (SAXAL) qüvvələri və Suriyanın şimalında fəaliyyət göstərən Türkiyə ordusu arasında hərbi toqquşmanın qarşısının alınmasına yönəlmiş bir neçə prinsipi razılaşdırıblar. Ölkənin cənubuna gəlincə, İsrail bu ərazinin silahsızlaşdırılmasında israr edir.

"Middle East Eye" portalı eyni zaman bildirib ki, İsrail və Türkiyə Suriyadakı qüvvələri arasında insidentlərin qarşısının alınması üçün "qaynar xətt" yaradıblar.

Bu arada Azərbaycanın vasitəçiliyi ilə danışıqlar davam edir. Danışıqların gedişi ilə tanış olan mənbə "Middle East Eye" portalına bildirib ki, İsrail Türkiyənin tank və piyada bölmələri daxil olmaqla, qoşunlarını Suriya ərazisinə yerləşdirməsinə prinsipial olaraq etiraz etmir. İsrailin şərti ondan ibarətdir ki, Türkiyə Suriyada İsrail Hərbi Hava Qüvvələrinin hərəkətlərini izləyə biləcək hava hücumundan müdafiə sistemləri və radarlar quraşdırmayacaq.

Son xəbərlər